Fәxrәddin Altun:’’Türkiyә ilә Azәrbaycan ‘‘iki dövlәt, bir millәt’’ şüarı ilә hәrәkәt edir’’

Azərbaycan ilə Türkiyə arasında media əlaqələri genişləndirilir.

1486381
Fәxrәddin  Altun:’’Türkiyә ilә Azәrbaycan  ‘‘iki dövlәt, bir millәt’’ şüarı ilә hәrәkәt edir’’

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilә İstanbulda görüşәn Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun Türkiyә ilә Azәrbaycan arasında birgә media platforması yaratmaq üçün razılıq әldә etdiklәrini bildirib.

Kommunikasiya İdarәsindәn verilәn mәlumata әsasәn, Fәxrәddin Altun ilә Hikmәt Haciyev Dolmabaxça Sarayında keçirdiklәri tәkbәtәk görüşdәn sonra  iki ölkәnin media vә kommunikasiya sahәsindәki qurumların yüksәk sәviyyәli rәsmilәrinin iştirakı ilә tәşkil edilәr heyәtlәr arası iclasa sәdrlik ediblәr.

Fәxrәddin Altun bildirib ki,  Türkiyә ilә Azәrbaycanın dünәn olduğu kimi bu gün dә ‘‘iki dövlәt, bir millәt’’ şüarı ilә hәrәkәt etdiyini, Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan ilә Azәrbaycan prezidenti İlham Әliyevin bu anlayışı yalnız sözdә deyil, әmәldә dә  bütün dünyaya göstәrdiyini vurğulayıb.

Fəxrəddin Altun bütün sahələr üzrə əlaqələrin, o cümlədən beynəlxalq və regional mövzularda iki ölkənin qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Fәxrәddin Altun Türkiyə ilə Azərbaycan arasında media əlaqələri və ictimai diplomatiya sahəsində əməkdaşlığın genişləndirilməsinin, bu sahələrdəki imkanların birləşdirilməsinin hər iki ölkə üçün mühüm rol oynadığını diqqətə çatdırıb.

Doğru məlumatın sürətlə yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasından tutmuş, yalan xəbər və dezinformasiyaya qarşı mübarizəyə qədər geniş bir sahədə Türkiyə ilə Azərbaycan arasında ortaq fəaliyyət göstərəcəklərini söyləyən Fәxrәddin Altun deyib: “Bu nöqtədə Türkiyə-Azərbaycan Media Platforması yaradılması məsələsində razılığa gəldik. Bu platforma vasitəsilə iki ölkə mediasının inteqrasiya olunmuş şəkildə hərəkət etməsi, xalqların məlumatlandırılması məsələsində səmərəli fəaliyyət göstərilməsi, xüsusilə sosial mediada yayılan dezinformasiyalar və ölkə xaricindən gələn qaralama kampaniyalarına  qarşı mübarizədə vahid strategiyaların yaradılması məsələlərini müzakirə etdik”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  öz növbәsindә bildirib ki, Azərbaycan ilə Türkiyə “bir millət, iki dövlət” şüarı ilə hər zaman bir-birinin yanındadır. Qardaş Türkiyənin iqtisadiyyatdan xarici siyasətədək hər sahədə əldə etdiyi uğurlara Azərbaycan ürəkdən sevinir.Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, ilk növbədə, hər iki ölkənin qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət göstərir. Bu baxımdan hər iki ölkənin dövlət və özəl media qurumlarının yaxın əməkdaşlığı bu əlaqələrin daha da güclənməsinə əhəmiyyətli dərəcədə fayda verəcək.



Әlaqәli Xәbәrlәr