Türkiyə Sudana tibbi ləvazimat göndərib

Türk Hava Yollarının yük təyyarəsi Xartum Hava limanında Türk, Qətər və Sudan Qırmızı Aypara Cəmiyyətinin rəsmiləri tərəfindən qarşılanıb.

1485482
Türkiyə Sudana tibbi ləvazimat göndərib

Türkiyə və Qətərin Qızıl Aypara cəmiyyətləri tərəfindən Sudanın yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizəsinə dəstək olmaq üçün bu ölkəyə göndərdiyi tibbi ləvazimat daşıyan təyyarə paytaxt Xartuma çatıb.
Türk Hava Yollarının yük təyyarəsi Xartum Hava limanında Türk, Qətər və Sudan Qırmızı Aypara Cəmiyyətinin rəsmiləri tərəfindən qarşılanıb.
Türkiyənin Qızıl Aypara Cəmiyyətinin Sudan üzrə nümayəndə heyətinin rəhbəri Serdar Yılmaz Türkiyənin Qızıl Aypara Cəmiyyətilə Qətərin Qızıl Aypara Cəmiyyətinin Sudandakı Cəmiyyətlə əməkdaşlıq etdiyini və Sudanın "Covid-19" mübarizəsinə dəstək olmaq üçün Qətərin maliyyələşdirməsi nəticəsində Türkiyədən təmin edilən tibbi ləvazimatı daşıyan ilk təyyarənin Sudana çatdığını bildirib. 
Yılmaz sentyabrın 7-də yardımın ikinci hissəsinin, bir neçə həftədən sonra isə son hissənin Sudana çatacağını deyib.
Qeyd edək ki, "Covid-19" səbəbiylə 823 nəfərin öldüyü Sudanda bu xəstəliyə yoluxanların sayı 13 min 189-a yüksəlib.



Әlaqәli Xәbәrlәr