Pəncə-Qaplan əməliyyatı çərçivəsində PKK-nın yüzlərlə terrorçusu zərərsizləşdirildi

Türkiyə ordusu İraqın şimalında keçirdiyi Pəncə-Qaplan əməliyyatı çərçivəsində PKK-nın yüzlərlə terrorçusunu zərərsizləşdirib.

1485474

Milli Müdafiə Nazirliyinin "Twitter" hesabında yer alan məlumatda qeyd edilib ki, iyunun 16-da Xaftain ərazisində başlayan Pəncə-Qaplan əməliyyatı plana uyğun olaraq davam edir. Qəhrəman əsgərlərimiz  terrorçulara havadan və qurudan ağır zərbələr endirir. Əməliyyat çərçivəsində ümumilikdə 320 terrorçu zərərsizləşdirilib. Ərazidəki 269 sığınacaqdan və 53 mağaradan xeyli sayda silah-sursat götürülüb.

Әlaqәli Xәbәrlәr