Türkiyә ABŞ-a reaksiya göstәrib

Türkiyә Amerika Birlәşmiş Ştatlarının Cәnubi Kıbrıs Yunan Rәhbәrliyinә tәtbiq etdiyi silah embarqosunu aradan qaldırmasının müttәfiqlik ruhu ilә üst-üstә düşmәdiyini deyib.

1483153
Türkiyә ABŞ-a reaksiya göstәrib

 

Türkiyә Amerika Birlәşmiş Ştatlarının Cәnubi Kıbrıs Yunan Rәhbәrliyinә tәtbiq etdiyi silah embarqosunu aradan qaldırmasının müttәfiqlik ruhu ilә üst-üstә düşmәdiyini deyib.

Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘ABŞ-ın bu istiqamәtdәki qәrarı adadakı icmalar arasındakı bәrabәrlik vә tarazlığı pozur. Bu qәrar Kıbrıs probleminin hәll edilmәsi üçün göstәrilәn sәylәrә zәrbә vurur. Şәrqi Aralıq dәnizindә gәrginliyin aradan qaldırılması üçün sәylәrin göstәrildiyi bir dövrdә  ABŞ-ın bölgәdәki sülh vә sabitlik mühitinә mәnfi tәsir göstәrәcәk bu qәrarı imzalaması müttәfiqlik ruhu ilә üst-üstә düşmür. ABŞ-ın bu qәrarını nәzәrdәn keçirmәsini, bölgәdә sülh vә sabitliyin tәmin edilmәsi üçün göstәrilәn sәylәrә dәstәk vermәsini gözlәyirik. Əks təqdirdə, Türkiyə vasitәçi ölkә olaraq  Kıbrısdakı  Türk xalqının təhlükəsizliyini təmin edə bilmək üçün lazımi addımları atacaq’’.

Qeyd edәk ki, ABŞ 1987-ci ildәn etibarәn Cәnubi Kıbrıs Yunan Rәhbәrliyinә silah satışı ilә bağlı embarqo tәtbiq edirdi.



Әlaqәli Xәbәrlәr