Rәcәb Tayyib Әrdoğan vә Yens Stoltenberq arasında telefon danışığı olub
Bu barәdә Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.
1481063
Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Bu barәdә Türkiyә Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.
Şәrqi Aralıq dәnizindәki proseslәrin müzakirә olunduğu görüşdә Әrdoğan Türkiyәnin haqq vә maraqlarını hәr zaman vә hәr yerdә müdafiә etmәyә davam edәcәyini söylәyib.
Әrdoğan hәmçinin Türkiyәnin Şәrqi Aralıq dәnizindә bütün ölkәlәrin qazanacağı әdalәtli hәll vә dialoqun tәrәfdarı olduğunu vurğulayaraq beynәlxalq hüququ heçә sayan vә regional sülhә zәrәr verәcәk birtәrәfli addımlara qarşı olduğunu vә NATO-nun üzәrinә düşәn öhdәliyi yerinә yetirmәsinin vacibliyini vurğulayıb.