Banqladeş Donanmasına məxsus gəminin təmir işlərini Türkiyə aparacaq

Beyrutdakı partlayış nəticəsində xəsarət alan Banqladeş Donanmasına məxsus bir gəminin təmir işləri Türkiyə Hərbi Donanmasının imkanları ilə aparılacaq.

1480404
Banqladeş Donanmasına məxsus gəminin təmir işlərini Türkiyə aparacaq

Milli Müdafiə Nazirliyi Beyrutdakı partlayış nəticəsində xəsarət alan Banqladeş Donanmasına məxsus bir gəminin təmir işlərinin Türkiyə Hərbi Donanmasının imkanları ilə aparılacağını bildirib.
Nazirlikdən verilən açıqlamada "Beyrutda (4 avqust) baş verən partlayış nəticəsində zərər görən dost və qardaş Banqladeş Donanmasına məxsus "BNS Bıjoy" gəmisinin Türkiyənin "TCG İnebolu" gəmisi tərəfindən dəstəklənərək Türkiyəyə gətirilməsinə başlanıb. "BNS Bıjoy" gəmisinin lazım olan bütün təmir işləri Türkiyənin Hərbi Donanmasının imkanları ilə aparılacaq" ifadələri yer alıb.



Әlaqәli Xәbәrlәr