Aydın və Çanaqqala şəhərlərində xilas edilən qaçqınlar

Aydın vilayətinin Kuşadası qəsəbəsində Yunanıstan sahil təhlükəsizlik qrupları tərəfindən Türkiyə sularına itələnən 41 qaçqın xilas edilib.

1480399
Aydın və Çanaqqala şəhərlərində xilas edilən qaçqınlar

Aydın vilayətinin Kuşadası qəsəbəsində Yunanıstan sahil təhlükəsizlik qrupları tərəfindən Türkiyə sularına itələnən 41 qaçqın xilas edilib.
Sahil Mühafizə Komandanlığının verdiyi məlumata görə, bir qrup nizamsız qaçqının Kuşadası yaxınlığında 3 xilasetmə qayığında olduğu barədə məlumat əldə edilməsindən sonra Sahil Mühafizə qrupları bölgəyə gedib.
Yunanıstan sahil təhlükəsizlik qrupları tərəfindən Türkiyə sularına itələndikləri bildirilən 41 nizamsız miqrant xilas edilib.
Miqrantlar Vilayət Miqrasiya İdarəsi Müdirliyinə təslim edilib.
Digər tərəfdən, Çanaqqalanın Ayvacık qəsəbəsi sahillərində isə qayıqlarında nasazlıq baş verən 145 qaçqın quruya çıxarılıb.
Yunanıstanın Midilli adasına keçməyə cəhd göstərən müxtəlif ölkələrdən olan 145 qaçqın taxta qayıqla Ayvacık sahilindən Egey dənizinə üz tutub.
Qayıqlarında nasazlıq baş verən 145 qaçqın Sahil Mühafizədən yardım istəyib.
Sahil Mühafizəsi Komandanlığının qayıqlarına mindirilən nizamsız miqrantlar Ayvacık qəsəbəsinin Küçükkuyu mahalındakı Sahil Mühafizə məntəqəsinə gətiriliblər.
Bu insanların ölkə xaricinə qaçmalarını təşkil etdiyi aşkarlanan iki nəfər həbs edilib.



Әlaqәli Xәbәrlәr