Ərdoğan Trampla telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

1479755
Ərdoğan Trampla telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Prezident Aparatı Mətbuat Xidmətinin bununla bağlı açıqlamasında bildirilib ki, telefon söhbətində xüsusilə Şərqi Aralıq dənizindəki ikitərəfli məsələlər və regional proseslər müzakirə olunub.

Prezident Ərdoğan Türkiyənin Aralıq dənizinin şərqində qeyri-sabitlik yaradan tərəf olmadığını xatırladaraq, Ankaranın gərginliyin azaldılması və dialoqun baş tutmasının tərəfdarı olmasının atılmış konkret addımlarla sübuta yetirildiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr