Van şəhərində bir terrorçu məhv edilib, biri təslim olub

Hüquq-mühafizə orqanı əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində separatçı terror təşkilatı PKK-ya üzv olan bir terrorçu məhv edilib.

1478751
Van şəhərində  bir terrorçu məhv edilib, biri təslim olub

Van vilayətinin Başkale qəsəbəsi ərazilərində hüquq-mühafizə orqanı əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində separatçı terror təşkilatı PKK-ya üzv olan bir terrorçu məhv edilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, proses daxili təhlükəsizlik əməliyyatları çərçivəsində Van-Başkale ərazisində Vilayət Polis İdarəsinə aid Polis Xüsusi Fəaliyyət bölmələri tərəfindən həyata keçirilib.

Yaranan qarşıdurmada bir terrorçunun zərərsizləşdirildiyi bildirilir.

Açıqlamada terrorçu ilə yanaşı, M-16 tipli piyada tüfəngi, çox sayda silah-sursatın ələ keçirildiyi, bölgədə əməliyyatın davam etdirildiyi qeyd olunub.

Digər tərəfdən, Suriyanın Qamışlı bölgəsində Türk əsgərlərinə təslim olan PKK-lı terrorçu İğdır şəhərinə gətirilib.

İğdır Valiliyindən verilən açıqlamaya görə, Jandarma Baş Komandanlığı Kəşfiyyat İdarəsi və Vilayət Polis İdarəsi tərəfindən PKK/KCK terror təşkilatı üzvlərinin təşkilatdan uzaqlaşmalarını təmin etmək məqsədilə davam etdirilən səylər nəticəsində terrorçulardan biri, ailəsinin də təkidi ilə təslim olmaq barədə razılıq verib. Daha sonra, avqustun 18-də axşam saatlarında Suriyanın Qamışlı bölgəsindəki Nusaybin 2-ci Quru Sərhəd Batalyonu Komandanlığının inzibati ərazisinə daxil olan hissədə terrorçunun təhlükəsiz şəkildə təslim olması təmin edilib.

Suriyanın Deyrəzor bölgəsində fəaliyyət göstərdiyi deyilən terrorçu, İğdır Vilayət Polis İdarəsinin əməkdaşları tərəfindən gətirilərək barəsində istintaqa başlanılıb.

Son vaxtlar həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində məhv olma təhlükəsi ilə üz-üzə qalan terror təşkilatı üzvlərinin təslim edilməsi istiqamətində iş aparılır.



Әlaqәli Xәbәrlәr