Prezident Ərdoğan tədbirlərdə iştirak etmək üçün Ahlata gəlib

Prezident Rəcəb Tayyib Ərdoğan Malazgird Zəfərinin 949-cu ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak etmək üçün Bitlis vilayətinin Ahlat qəsəbəsinə gəlib.

1478983
Prezident Ərdoğan tədbirlərdə iştirak etmək üçün Ahlata gəlib

Prezident Rəcəb Tayyib Ərdoğan Malazgird Zəfərinin 949-cu ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak etmək üçün Bitlis vilayətinin Ahlat qəsəbəsinə gəlib.
Malazgird Zəfərinin 949-cu ildönümü münasibətilə Ahlatda təşkil edilən tədbirlərdə iştirak etmək üçün şəhərə gələn prezident Ərdoğan həyat yoldaşı Əminə Ərdoğan ilə birlikdə Van gölü sahilindəki Prezident kompleksini havadan tədqiq edib.
Prezident Rəcəb Tayyib Ərdoğan Ahlat Gənclik düşərgəsinin açılış mərasimində etdiyi çıxışda deyib:
"Bu gün həm Səlcuqların ilk addımlarını atdığı qəbiristanlığın yerləşdiyi bölgə olan Ahlatdakı, həm də sabah açılışını edəcəyimiz Malazgirdəki kompleksi istifadəyə verəcəyik. Bu münasibətlə bu gözəl düşərgənin gənclərimiz üçün faydalı olacağına ümid edirəm. Həm Daxili İşlər Nazirliyinə, həm də fəaliyyətini davam etdirəcək Gənclər və İdman Nazirliyinə uğurlar arzulayıram".
Açılış mərasimindən sonra Prezident Ərdoğan müşayiətindəkilərlə birlikdə gənclər düşərgəsini gəzib.
Açılış mərasiminə vitse-prezident Fuad Oqtay, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və Milliyyətçi Hərəkət Partiyası (MHP) sədri Dövlət Bahçeli də qatılıb.
Prezident Ərdoğan daha sonra Ahlatdakı Səlcuqlu qəbiristanlığına baş çəkib.



Әlaqәli Xәbәrlәr