"Türkiyə müdafiə sənayesi sahəsində böyük əzmlə yoluna davam edir"

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulun Tuzla rayonundakı Desan Gəmiqayırma yerində keçirilən Yeni Dəniz Sistemlərinin təhvili  mərasimində iştirak edib.

1477686
"Türkiyə müdafiə sənayesi sahəsində böyük əzmlə yoluna davam edir"

"Türkiyə müdafiə sənayesi sahəsində əzmli şəkildə yoluna davam edir".
Bunu Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulun Tuzla rayonundakı Desan Gəmiqayırma yerində keçirilən Yeni Dəniz Sistemlərinin təhvili  mərasimində etdiyi çıxış zamanı deyib.
Prezident bildirib ki, müdafiə sahəsində güclü və müstəqil ola bilməyən millətlərin gələcəyinə inamla baxmaları qeyri-mümkündür. Müdafiə sənayesi durğunluğa dözə biləcək bir sahə deyil. Daha da inkişaf etmək məcburiyyətindəyik.
Türkiyənin ölkəmizdəki nüfuzdan və gücdən narahat olanlar Türkiyəni keçmişdəki kimi sabitsizlik batağına məhkum edə bilmək üçün əllərindən gələni edirlər. Türkiyənin demokratik hüquq dövləti xüsusiyyətinə istiqamətli hər hücümun qarşısını alaraq, hər oyunu pozaraq yolumuza davam edəcəyik.
Prezident Ərdoğan "Hədəfimiz kritik hər hansı bir sahədə kənardan ehtiyac duyulmayacaq bir müdafə sənayesi inkişaf etdirmək və istehsal infrastrukturu qurmaqdır. Türkiyə dünyanın öz döyüş gəmilərini dizayn edən və istehsal edən 10 ölkədən biridir. İtirəcək vaxtımız yoxdur, işləyirik, istehsal edirik və mübarizə aparırıq" deyib.



Әlaqәli Xәbәrlәr