XİN: Malidəki hərbi çevriliş ciddi narahatlıq doğurdu və kədərlə qarşılandı

Türkiyə Prezident Bubakara Keytanın məclis və hökuməti buraxmağa məcbur edilməsinin "ciddi narahatlıq doğurduğunu və kədərlə qarşıladığını bildirdi.

1475627
XİN: Malidəki hərbi çevriliş ciddi narahatlıq doğurdu və kədərlə qarşılandı

Türkiyə avqustun 18-də Malidəki silahlı qüvvələr daxilindəki bir qrup tərəfindən həyata keçirilən çevriliş nəticəsində Prezident Bubakara Keytanın məclis və hökuməti buraxmağa məcbur edilməsinin "ciddi narahatlıq doğurduğunu və kədərlə qarşıladığını bildirdi.
Xarici İşlər Nazirliyinin verdiyi yazılı açıqlamada dost və qardaş Malidə daxili sülh, təhlükəsizlik və sabitlik mühitinin sürətli şəkildə bərpası, Prezident Keyta və digər həbsdə olan digər yüksək vəzifəli şəxslərin dərhal sərbəst buraxılması və ən qısa müddətdə ölkədə konstitusiya nizamına qayıtmaq üçün güclü ümidin olduğu vurğulanıb.
Türkiyənin BMT, Afrika Birliyi və Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) bu məqsədlə göstərdiyi səyləri dəstəklədiyi ifadə edilib: "Türkiyə bu çətin dövrdə dost və qardaş Malinin yanında olmağa davam edəcək".

Qeyd edək ki, avqustun 18-i səhər saatlarında Malinin paytaxtı Bamakodakı Kati hərbi bazasında hərbi qiyam baş verib. “Malijet” xəbər portalının verdiyi məlumata görə, qiyamçılara Kati bazasındakı hərbi məktəbin keçmiş direktoru polkovnik Sadio Kamara rəhbərlik edir.

Qiyamçıların liderlərindən biri verdiyi açıqlamasında ölkə prezidenti İbrahim Bubakar Keyta və baş nazir Bubu Sissenin tutulduğunu bildirib. Bundan başqa, gün ərzində hərbçilər ölkənin XİN rəhbəri, Maliyyə naziri və hökumətin bir sıra nazirlərini, parlamentin spikerini həbs ediblər. “Wakat Sera” portalının məlumatına görə, Mali Silahlı Qüvvələrinin Baş Qərargahı da üsyançıların nəzarəti altındadır, bir sıra hərbi rəislər isə saxlanılıb.



Әlaqәli Xәbәrlәr