Türkiyənin Qızıl Aypara Cəmiyyəti Livandakı yardım fəaliyyətlərini davam etdirir

Türkiyənin Qızıl Aypara Cəmiyyəti Beyrut Limanına yaxın bölgələr başda olmaqla şəhərdəki yardım fəaliyyətlərini davam etdirir.

1474017
Türkiyənin Qızıl Aypara Cəmiyyəti Livandakı yardım fəaliyyətlərini davam etdirir

4 Avqust 2020-ci il tarixində baş verən partlayışdan sonra Livana gedən Türkiyənin Qızıl Aypara Cəmiyyəti Beyrut Limanına yaxın bölgələr başda olmaqla şəhərdəki yardım fəaliyyətlərini davam etdirir.
Türkiyənin Qızıl Aypara Cəmiyyəti Baş katibinin müşaviri Yasir Feten güclü partlayışın ilk andan etibarən axtarış və xilasetmə işləri üçün Livana gedən Fövqəladə Hallar İdarəsi Rəhbərliyi (AFAD) və Səhiyyə Nazirliyi qrupları ilə bölgədəki humanitar yardım fəaliyyətlərinə başladıqlarını söyləyib.
Türkiyədən hərbi yük təyyarəsilə göndərdikləri yardımlarla yanaşı oradan təmin etdikləri ərzaqlarla da ettiyacı olan livanlılara köməklik göstərməyə davam etdiklərini vurğulayan Feten bu çətin dövrdə yalnız buraxmadıqları Livan üçün yardımlarını davam etdirəcəklərini qeyd edib.  Qeyd edək ki, avqustun 4-də Beyrut Limanında partlayıcı maddənin olduğu 12 nömrəli anbarda yanğın baş verib və sonra bütün şəhəri sarsıdan çox güclü bir partlayış olub. Partlayış nəticəsində 179 nəfərin öldüyü, təxminən 6 min adamın yaralandığı və onlarla insanın itkin düşdüyü bildirilib.



Әlaqәli Xәbәrlәr