Çavuşoğlu Türkiyənin mövqeyini izah edən məktub ünvanlayıb

Mövlud Çavuşoğlu Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri və Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə məktub ünvanlayıb.

1472604
Çavuşoğlu Türkiyənin mövqeyini izah edən məktub ünvanlayıb

Xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri və Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə Aralıq dənizinin şərqindəki mövcud vəziyyəti və Türkiyənin mövqeyini izah edən məktublar ünvanlayıb.
Çavuşoğlu Yunanıstanın tələbilə bu gün (14 avqust) növbədənkənar keçiriləcək Aİ Xarici Əlaqələr Şurası yığıncağından əvvəl ünvanladığı məktubda deyib:
"Türkiyə və Şimali  Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin bütün dialoq və əməkdaşlıq çağırışlarına baxmayaraq, Yunanıstan və Cənubi Kıbrıs Rum Rəhbərliyi indiyə qədərki  təktərəfli addımlarla Türkiyəni kənarda qoymaq hədəfilə ittifaq yaratdıqlar və təşəbbüslər qaldırdılar. Yunanıstanın Türkiyə ilə danışıqları davam etdirərkən Misir ilə (6 Avqust) imzaladığı Türkiyənin və Liviyanın dənizdibi ərazisini pozan qanunsuz kontinental məhdudlaşdırma razılaşması Yunanıstanın Türkiyə ilə açıq və səmimi dialoq və əməkdaşlıq istəməməsini bir daha ortaya qoydu. Türkiyə-Aİ əlaqələrinə Yunanıstan və Rumların bu şıltaqlıqları daha çox zərər verə bilər. Aİ-yə üzv ölkələri Türkiyəyə qarşı ədalətsiz bir rəftara qarşı olmağa çağırırıq. 
Nazir Çavuşoğlu eyni zamanda Bolqarıstan, Estoniya, Finlandiya, İtaliya, Litva, Macarıstan və Rumıniya və Avropa İttifaqının ali nümayəndəsi Borrell də daxil olmaqla bəzi Aİ xarici işlər nazirləri ilə bu çərçivədə telefonla danışıb. Bənzər məktubların ayrıca Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşə, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin xarici işlər nazirlərinə və NATO baş katibi Yens Stoltenberqə də ünvanlandığı bildirilib.



Әlaqәli Xәbәrlәr