"Şərqi Aralıq dənizində Türkiyənin maraqlarının qorunması üçün bütün tədbirlər görülüb"

Milli Müdafiə naziri Hulusi Akar Türkiyənin Şərqi Aralıq dənizindəki haqları, maraqları və mənfəətlərini qorumaq üçün istənilən bütün tədbirlərin görüldüyünü söyləyib.

1471070

Hulusi Akar Baş qərargah rəisi, digər hərbi birləşmələrin komandanları və digər bir sıra komandanlarla telekonferans vasitəsilə görüş keçirərək məlumat alıb.
Nazir Akar iclasda Şərqi Aralıq dənizindəki haqlar, maraqlar və mənfəətlərin qorunması üçün vacib olan bütün tədbirlərin görüldüyünü vurğulayaraq, Şərq Aralıq dənizində Türkiyə və Şimali Kıbrıs Türk Cümhuriyyətinin yer almadığı heç bir layihənin yaşama imkanının olmadığını, heç bir oldu-bitdiyə icazə verilməyəcəyini bildirib.

Әlaqәli Xәbәrlәr