"Şərqi Aralıq dənizində razılaşmanı pozan və etibarı sarsıdan Yunanıstandır", İ.Kalın

Türkiyənin bir televiziya kanalında gündəmlə bağlı sualları cavablandıran İ.Kalın sözügedən mövzu ilə bağlı deyib

1470296
"Şərqi Aralıq dənizində razılaşmanı pozan və etibarı sarsıdan Yunanıstandır", İ.Kalın

 

  Türkiyə Prezident Aparatının (Cumhurbaşkanlığı) sözçüsü İbrahim Kalın Şərqi Aralıq dənizində razılaşmanı pozan və etibarı sarsıdan tərəfin Yunanıstan olduğunu söylədi.

  Türkiyənin bir televiziya kanalında gündəmlə bağlı sualları cavablandıran İ.Kalın sözügedən mövzu ilə bağlı deyib: “Şərqi Aralıq dənizində Misir və Yunanıstan arasında “Dəniz səlahiyyət sahələrinin məhdudlaşdırılması haqqında” müqavilə imzalanıb. Türkiyə təxminən 2,5 aydır ki, Yunanıstanla müzakirələr aparırdı. Ünvan olaraq tərəfsiz bölgə kimi Berlinə getmiş, orada da danışmış, tam razılaşmış, hətta xarici işlər nazirliklərimiz ortaq şərh üçün mətn də hazırlamışdı. Birdən Yunanıstan Misirlə belə bir müqavilə bağladığını açıqladı. Mövzu ilə əlaqədar yunanlı həmkarımla danışdım, "Prezidentimizin təlimatına əsasən etdik” dedi. Biz isə Yunanıstanla Misirin müqaviləsini qəbul etmirik. Çünki bu, yenə Türkiyəni Şərqi Aralıq dənizindən kənarlaşdırmaq və bizi Antaliya körfəzinə məhkum etmək üçün bir hücum sayılır. Belə müqaviləni qəbul etməmiz mümkün deyil.    

  Şərqi Aralıq dənizilə bağlı Türkiyənin iki təməl prinsipi var: birincisi, Türkiyənin öz dəniz səlahiyyət sahələri, ikincisi, Qıbrız (Kipr) türklərinin haqq və mənfəətləridir. Biz bu məsələlərin dialoq yoluyla həll edilməsi tərəfdarıyıq. Burada razılaşmanı pozan və etibarı sarsıdan Yunanıstan tərəfidir. Yunanıstan Avropa İttifaqına söykənərək Türkiyə əleyhinə işlər görür. Onların gerçək üzünü, zənn edirəm ki, Avropa bilir."



Әlaqәli Xәbәrlәr