H.Akar və Y.Güler vertolyotla İraq sərhəd xəttindəki hərbi birliklərə yollandılar

Nazir və komandirlərin bölgədə nəzarət işləri davam edir

1469733
H.Akar və Y.Güler vertolyotla İraq sərhəd xəttindəki hərbi birliklərə yollandılar

 

  Türkiyə milli müdafiə naziri Hulusi Akar, baş qərargah rəisi general Yaşar Güler və quru qüvvələri komandiri general Ümid Dündar İraq sərhəd xəttindəki hərbi birliklərə nəzarət üçün gediblər. Onları Şırnak Şerafettin Elçi hava lımanında 2-ci Ordu komandiri general-leytenant Sinan Yayla və digər səlahiyyətlilər qarşılayıb.

  H.Akar və Y.Güler buradan vertolyotla İraq sərhəd xəttindəki hərbi birliklərə yollanıblar. Sərhədin neytral nöqtəsindəki əsas bölümə gələn nazir və komandirlər görülən tədbirlərlə bağlı məlumat alıb və təlimatlar veriblər.

  Hulusi Akarın Türkiyə bayrağını hədiyyə etdiyi birlik komandiri ona əmanət edilən bayrağı öpərək təslim alıb.

  Nazir və komandirlərin bölgədə nəzarət işləri davam edir.



Әlaqәli Xәbәrlәr