Türkiyənin vitse-prezidenti və xarici işlər naziri Livana getdilər

Türkiyənin ali nümayəndələri Livan prezidenti Mişel Avn, parlament sədri Nebih Berri və baş nazir Həsən Diyab ilə görüşəcəklər

1469268
Türkiyənin vitse-prezidenti və xarici işlər naziri Livana getdilər

 

  Türkiyənin vitse-prezidenti Fuad Oqtay və ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu dəstək ziyarəti üçün avqustun 8-də Ankaradan Livanın paytaxtı Beyruta yola düşüblər.

  Türkiyənin ali nümayəndələri Livan prezidenti Mişel Avn, parlament sədri Nebih Berri və baş nazir Həsən Diyab ilə görüşəcəklər.

  Xatırladaq ki, Beyrut limanında 4 avqustda partlayıcı maddələrin olduğu 12 nömrəli anbarda əvvəl yanğın çıxıb, sonra bütün Beyrutu sarsıdan güclü partlayış baş verib. Hadisə zamanı 154 nəfər həyatını itirib, təxminən 5 min adam isə yaralanıb.



Әlaqәli Xәbәrlәr