Türkiyә prezidenti gündәmdәki aktual mәsәlәlәri qiymәtlәndirib
Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Beyrutun liman bölgәsindә avqustun 4-dә 154 nәfәrin hәlak olmasına 5 mindәn çox adamın yaralanmasına sәbәb olan partlayışla sarsılan qardaş Livanı tәk qoymayacaqlarını söylәyib.
Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Beyrutun liman bölgәsindә avqustun 4-dә 154 nәfәrin hәlak olmasına 5 mindәn çox adamın yaralanmasına sәbәb olan partlayışla sarsılan qardaş Livanı tәk qoymayacaqlarını söylәyib.
Prezident Rәcәb Tayyib Әrdoğan Ayasofya-i Kebir mәscidindә cümә namazı qıldıqdan sonra gündәmdәki aktual mәsәlәlәri qiymәtlәndirib.
Beyrutdakı proseslәri yaxından izlәdiklәrini bildirәn Rәcәb Tayyib Әrdoğan deyib ki, hәrbi tәyyarәmiz ilә Beyruta müxtәlif yardım göndәrdik. Hәr imkanımızla Livan vә Livan xalqının yanında olacağıq. Beyrut limanı bölgә üçün çox әhәmiyyәtli limandır. Limanın belә bir çәtinliklә üzlәşmәsi bölgәdә ciddi problemin yaşanmasına sәbәb olub. Biz maddi vә mәnәvi cәhәtdәn Livanın yanında olacağıq.
Yunanıstan ilә Misir arasında imzalanan müqavilәni qiymәtlәndirәn Türkiyә prezidenti deyib ki bu müqavilә bizim üçün heç bir әhәmiyyәtә malik deyil.
Әrdoğan hәmçinin Liviya ilә әldә etdiklәri müqavilәni qәtiyyәtlә davam etdiklәrini vә davam etdirәcәklәrini ifadә edib.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq