Türkiyənin yardım materiallarını daşıyan təyyarə Livana çatıb
Türkiyədən Livana yardım ləvazimatı və axtarış və xilasetmə personalı daşıyan Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarə bu ölkənin paytaxtı Beyruta çatıb.
![Türkiyənin yardım materiallarını daşıyan təyyarə Livana çatıb](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/6166/670a/3d75/5f2b755be8b1a.jpg?time=1718781205)
Türkiyədən Livana yardım ləvazimatı və axtarış və xilasetmə personalı daşıyan Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarə bu ölkənin paytaxtı Beyruta çatıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Türkiyə Beyrutda baş verən partlayışdan sonra bölgəyə tibbi, axtarış və xilasetmə personalı və humanitar yardım göndərib.
Səhiyyə Nazirliyi, Fövqəladə Hallar İdarəsi (AFAD) və Qızıl Aypara Cəmiyyəti tərəfindən hazırlanan materiallar Ankaradakı Etimesgut Hərbi Hava Limanında "A 400M" hərbi yük təyyarəsinə yüklənib.
Bölgəyə Səhiyyə Nazirliyi tərəfindən 21 Milli Tibbi Xilasetmə Qrupunun (UMKE) şəxsi heyəti, 2 təcili yardım qurğusu, 3 nəfərlik sığınacaq çadırı, dərman və tibbi avadanlıqlar, 10 nəfərlik heyət, avadanlıq, bir xilasetmə vasitəsi və Türkiyə Qızıl Aypara Cəmiyyətinə məxsus 3 personal, axtarış və xilasetmə qrupu, səhiyyə və humanitar yardım materialları göndərilib.
Qeyd edək ki, Beyrut Limanında partlayıcı maddələrin olduğu 12 nömrəli anbarda əvvəl yanğın baş verib, sonra isə bütün paytaxtı şəhəri sarsıdan güclü partlayış əmələ gəlib. Partlayış nəticəsində çox sayda insan ölüb və yaralanıb.
Әlaqәli Xәbәrlәr
![Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/17dc/85c7/62ef/667274aa8f555.jpg?time=1718781205)
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718781205)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq