Türkiyə baş verən zəlzələyə görə Meksikaya humanitar yardım göndərib

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbərliyi iyunun 23-də Meksikanın Oaxaka şəhərində baş verən zəlzələdən sonra bölgəyə təcili humanitar yardım göndərib.

1468005

TİKA-dan verilən yazılı açıqlamaya görə, 7,4 bal gücündə olan zəlzələdən sonra, xüsusilə dağ kəndlərində giriş-çıxışın çətin olduğu bölgələrdə evlərini tərk etmək məcburiyyətində qalan ailələrə 400 bağlama yardım göndərilib.

Oaxaka Qubernatorluğunun tələbi ilə içərisində qida və gigiyena məhsulları olan bağlamalar Oaxaca Səhiyyə Nazirliyi ilə birgə 2 min nəfərə paylanıb.

Türkiyə 2018-2019-cu illərdə baş verən zəlzələlərdən sonra Meksikaya ilk yardım əlini uzadan ölkə olmuşdu. Göstərilən dəstəyə görə, o zamankı dövlət başçısı Pena Nieto TİKA-ya təşəkkür məktubu göndərmişdi.

Әlaqәli Xәbәrlәr