Mövlud Çavuşoğlu bir sıra ölkәnin XİN rәhbәri ilә telefon әlaqәsi saxlayıb

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu bir sıra ölkәnin XİN rәhbәri ilә telefonla danışaraq bayramlaşıb.

1465651
Mövlud Çavuşoğlu bir sıra ölkәnin XİN rәhbәri ilә telefon әlaqәsi saxlayıb

 

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu bir sıra ölkәnin XİN rәhbәri ilә telefonla danışaraq bayramlaşıb.

Diplomatik mәnbәlәrin yaydığı mәlumata әsasәn, Mövlud Çavuşoğlu Azәrbaycan xarici işlәr naziri Ceyhun Bayramov, Qazaxıstan xarici işlәr naziri Muxtar Tleuberdi, Qırğızıstan xarici işlәr naziri Çingiz Aydarbekov,Özbәkistan xarici işlәr naziri Abdulaziz Kamilov, İran xarici işlәr naziri Mәhәmmәd Cavad Zәrif, İndoneziya xarici işlәr naziri Retno Marsudi vә İordaniya xarici işlәr naziri Eymen әs-Safadi ilә Qurban bayramı münasibәti ilә telefon әlaqәsi saxlayıb.

Mövlud Çavuşoğlu hәmçinin Qәtәr xarici işlәr naziri Mәhәmmәd bir Abdulrrәhman Әl Sani, Küveyt xarici işlәr naziri Әhmәd Nasır әl Mәhәmmәd әl Sabah, Mәrakeş xarici işlәr naziri Nasır Burita, Zambiya xarici işlәr naziri Cozef Malanji vә Sierra-Leone xarici işlәr naziri Nabela Tunis ilә dә telefon әlaqәsi saxlayıb.



Әlaqәli Xәbәrlәr