Rәcәb Tayyib Әrdoğan ölkә liderlәrini Qurban bayramı münasibәtilә tәbrik edib

Türkiyə Prezident Aparatından alınan məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə bir sıra telefon danışıqları həyata keçirib.

1465294
Rәcәb Tayyib Әrdoğan ölkә liderlәrini Qurban bayramı münasibәtilә tәbrik edib

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani, Oman Sultanı Heysem bin Tarik, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov, Əlcəzair Prezidenti Əbdulməcid Tebbun, Tunis Prezidenti Kays Səid, Qırğızıstan Prezidenti Soronbay Ceenbekov, İraq Prezidenti Berhem Saleh və Bosniya və Herseqovina Xalqlar Məclisi sədrinin müavini Bəkir İzetbegovic ilə telefonla danışaraq bayramlaşıb.
Prezident Aparatı Mətbuat Xidmətinin açıqlamasında liderlərin qarşılıqlı Qurban bayramını təbrik etdikləri, ikitərəfli əlaqələri inkişaf etdirmək və regional məsələlər üzrə əməkdaşlığı gücləndirmək barədəki qətiyyətli mövqeləri vurğulanıb.



Әlaqәli Xәbәrlәr