Milli Müdafiə naziri Hulusi Akar və komandanlar sərhəd bölgəsində

Nazir Akar və onu müşayiət edən komandanlar yoxlama və tədqiqat aparmaq üçün Ədirnə şəhərinə gəliblər.

1464867
Milli Müdafiə naziri Hulusi Akar və komandanlar sərhəd bölgəsində

Milli Müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin (TSQ) komandanları Yunanıstan və Bolqarıstan sərhədlərində yerləşən qoşunlarda yoxlama və tədqiqatlar aparıblar.
Nazir Akar və onu müşayiət edən komandanlar yoxlama və tədqiqat aparmaq üçün Ədirnə şəhərinə gəliblər.
Akar və komandanlar Yunanıstan və Bolqarıstandakı sərhəd qoşunlarında yoxlama və tədqiqatlar aparıblar. 

Akar və komandirlər bayram namazını Səlimiyə Məscidində qılıblar.
Akar namazdan sonra jurnalistlərə açıqlamasında deyib:
"Yaxşı qonşuluq əlaqələri çərçivəsində bütün qonşularımızla, Yunanıstan və Bolqarıstanla fəaliyyətlərimizi davam etdiririk. Buna görə buradakı fəaliyyətlərimizin yaxşı qonşuluq münasibətləri çərçivəsində davam etməsindən tərəfik. Bunun üçün hansı addımlar atılmalıdır onu edirik. Həmin çərçivədə danışıqlarımız davam edəcək. 



Әlaqәli Xәbәrlәr