"Türkiyə Livanın birlik və bütövlüyü ilə sülh və sabitliyinə böyük əhəmiyyət verir"

Xarici İşlər Nazirliyi sözçüsü Hami Aksoy bəzi livanlı siyasətçilərin Türkiyə ilə əlaqədar iddiaları barədəki suallara cavab verib.

1463565
"Türkiyə Livanın birlik və bütövlüyü ilə sülh və sabitliyinə böyük əhəmiyyət verir"

"Türkiyə Livanın birlik və bütövlüyü ilə sülh və sabitliyinə böyük əhəmiyyət verir".
Bunu Xarici İşlər Nazirliyi sözçüsü Hami Aksoy bəzi livanlı siyasətçilərin Türkiyə ilə əlaqədar iddiaları barədəki suallara verdiyi yazılı cavabında deyib. 
Aksoy "Bəzi livanlı siyasətçilərin gündəmə gətirdiyi, 'ölkəmizin Livanın şimalındakı etiraz nümayişlərinə dəstək verərək Livanın bu bölgəsində nüfuz dairəsini gücləndirmə məqsədi daşıdığı' tərzindəki iddialar əsassızdır. Bu qərəzli iddialara müsbət yanaşmaq qeyri-mümkündür" ifadələrini işlədib.
Türkiyənin Livanın birlik və bütövlüyü ilə dinclik və sabitliyinə böyük böyük əhəmiyyət verdiyini ifadə edən Aksoy "Bu iddiaları irəli sürənlər əsasən kimlərin Livanı arxa bağçası olaraq gördüyünü və bu ölkənin daxili işlərinə müdaxilə etdiyini çox yaxşı bilirlər" deyib.



Әlaqәli Xәbәrlәr