Pəncə-Qaplan əməliyyatı çərçivəsində daha 3 terrorçu zərərsizləşdirildi

Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) verilən məlumatda bildirilir

1463275
Pəncə-Qaplan əməliyyatı çərçivəsində daha 3 terrorçu zərərsizləşdirildi

 

  İraqın şimalında bölücü terror təşkilatı PKK-ya qarşı təşkil edilən Pəncə-Qaplan əməliyyatı çərçivəsində 3 terrorçu zərərsizləşdirilib.

  Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) verilən məlumatda bildirilir: "Müvəffəqiyyətlə davam edən Pəncə-Qaplan əməliyyatı çərçivəsində qəhrəman qruplarımız 3 PKK terrorçusunu təsirsiz hala gətirdi."

  Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) 8 mayda İraqın şimalındakı PKK-ya qarşı Pəncə-Qaplan əməliyyatına başlayıb.

  Nazirlikdən edilən digər məlumatda isə Suriyada Zeytun Budağı və Fərat Qalxanı bölgələrində ümumilikdə 3 terrorçunun nəzarətə alındığı bildirilib: "Terror fəaliyyətləri icra etdiyi təsbit edilən Zeytun Budağı bölgəsində 2 PKK/PYD, Fərat Qalxanı bölgəsində isə 1 DEAŞ terrorçu xain planlarını reallaşdıra bilmədən nəzarətə alındılar."



Әlaqәli Xәbәrlәr