"Türkiyə Ukraynanın şərqində atəşkəsə dair razılaşmanı dəstəkləyir", H.Aksoy

Bu fikirləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyərək bildirib ki...

1462451
"Türkiyə Ukraynanın şərqində atəşkəsə dair razılaşmanı dəstəkləyir", H.Aksoy

 

  "Türkiyə tərəfi Ukraynanın şərqində uzunmüddətli atəşkəs üçün əlavə tədbirlərə dair ATƏT-in üçtərəfli əlaqə qrupu çərçivəsində əldə olunan razılaşmanı məmnunluqla qarşılayır". Bu fikirləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyərək bildirib ki, Türkiyə bundan sonra da Ukraynanın ərazi bütövlüyünün qorunması və Minsk anlaşması çərçivəsində bölgədə sülhün təmin olunması üçün cəhdlərini davam etdirəcək.

  Qeyd edək ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasındakı son telefon danışığı zamanı dövlət başçıları Donbasda atəşkəslə bağlı əldə edilən razılığı müsbət qiymətləndiriblər.



Әlaqәli Xәbәrlәr