Türkiyə Ayasofyanın ibadətə açılmasına Yunanıstanda göstərilən reaksiyaya sərt cavab verdi

Türkiyə Yunanıstanda səlahiyyətlilərin bəyanatları ilə xalqı təhrik etmələrini və Türk Bayrağının Selanik şəhərində yandırılmasına icazə verilməsini sərt şəkildə qınadı.

1461623
Türkiyə Ayasofyanın ibadətə açılmasına Yunanıstanda göstərilən reaksiyaya sərt cavab verdi

Türkiyə Yunanıstanda səlahiyyətlilərin bəyanatları ilə xalqı təhrik etmələrini və Türk Bayrağının Selanik şəhərində yandırılmasına icazə verilməsini sərt şəkildə qınadı.
Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Yunanıstanın Ayasofya məscidinin açılmasına Yunanıstanda göstərilən reaksiyalar əlaqədar suala yazılı cavab verib.

Aksoy açıqlamasında deyib:

“Yunan hökuməti və parlament üzvlərinin düşməçinlik yayan bəyanatlarla xaqlı təhrik etməsini və şanlı bayrağımızın Selanikdə yandırılmasına icazə verilməsini sərt şəkildə qınayırıq. Ayasofyada yenidən səcdəni həzm edə bilməyən Avropanın əl uşağı yenə xəyala dalıb. Tarixdən lazım olan dərsi ala bilməyən irqçi başlar, şanlı bayrağımıza hörmətsizlik edənlər Egeydəki aqibətini xatırlamaları gərəkdir. Yunanıstan 67 ildir oyanmadığı Bizans yuxusundan oyanmalı və bu xəstəlikdən qurtulmalıdır.

Açıqlamada Yunanıstandakı türklərin təzyiq və təqibə məruz qaldığı, onlara məxsus tarixi torpaqlarda məscidlərin dağıdıldığı vurğulanıb: “Paytaxtında məscid olmayan yeganə Avropa ölkəsi Yunanstandır. Milli suverenlik məsələsində heç bir dövlət Türkiyəyə dərs verə bilməz. Türk millətinin iradəsi ilə ibadət üçün açılan Ayasofya məscidi torpaqlarımızdakı başqa mədəni irs kimi Türkiyəyə aid olub sonsuza qədər mülkiyyətimiz olacaq, onu qoruyacağıq. Ayasofyanın məscid olaraq açılması 1972 UNESCO Dünya Mədəniyyət İrsinin Qorunmasına dair müqavilənin əsaslarına da, ruhuna da uyğundur. Türkiyənin bütün dini nümayəndələrinə və azadlıqlara bağlılığı və xoşməramlılığı fonunda Ayasofya məscidi İslam məbədidir, bütün dinlərin nümayəndələri üçün açıq olacaq”.



Әlaqәli Xәbәrlәr