Türkiyə Fransanın açıqlamasına sərt reaksiya verdi

Türkiyə Fransanın ehtiyatlı və rasional siyasət təqib etməsinin vacibliyini bildirib.

1460840
Türkiyə Fransanın açıqlamasına sərt reaksiya verdi

Türkiyə Fransanın ehtiyatlı və rasional siyasət təqib etməsinin vacibliyini bildirib.
Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Fransa prezidenti Emmanuel Makronun Cənubi Kıbrıs Rum icmasının rəhbəri Nikos Anastasiadis ilə birgə mətbuat konfransında Şərqi Aralıq dənizi ilə bağlı açıqlamasına dair suala cavab verərək deyib:
"Fransa Şərqi Aralıq dənizindəki hadisələr kontekstində hər izahat və hər yanlış addım ilə özünün bitərəfliyinə və sabitliyə töhfə vermək şansını itirir. Liviya mövzusunda isə Fransanın BMT qətnamələri çərçivəsində beynəlxalq ictimaiyyət tərəfindən tanınan qanuni hökumətlə bir ildən çox müddətdir paytaxtı ələ keçirərək qanuni hökuməti devirməyə cəhd göstərən təcavüzkar arasında fərq qoya biləcəyi gözlənilir. Bu çərçivədə prezident Makronun bəyanatlarının ölkəmizin gözündə hər hansı qiyməti yoxdur. Türkiyəni sanksiya dili ilə təhdid etmək heç kimin həddi deyil və bunun bir nəticəsi olmayacaqdır. Fransa ehtiyatlı və rasional siyasət yürütməlidir. Liviyada qiyamçıları, Suriyada terrorçuları, Şərqi Aralıq dənizində isə "Mən bu yerin yeganə sahibiyəm' anlayışı ilə dəstək verməyi dayandırmalıdır. Çünki indiyə qədər bu siyasətlərdən heç bir nəticə əldə edə bilmədiyini başa düşməlidir". 
Hami Aksoy bundan əlavə olaraq, Türkiyənin Aralıq dənizinin şərqində atdığı hər bir addımın beynəlxalq hüquq normalarına əsaslanaraq, Türkiyənin və Kıbrıs Türklərinin qanuni hüquq və maraqlarının müdafiəsinə yönəldiyini vurğulayıb və "Türkiyə bu münasibətlə bölgədə sülh, rifah və sabitliyin yaranması məqsədilə davam etdirdiyi dialoq və əməkdaşlıq çağırışlarını təkrarlamaqla yanaşı, beynəlxalq hüquqa əsaslanan bu haqlarını qorumaqdan imtina etməyəcəkdir" deyib.



Әlaqәli Xәbәrlәr