Albaniya parlamenti Türkiyə ilə imzalanan müqavilələri təsdiqlədi

Albaniya deputatı Elona Cebrea (Elona Gjebrea) parlamentin iclasında səsvermədən əvvəl çıxışında ölkə parlamentinin 1998-ci ildən bəri Türkiyə ilə 26 hərbi müqavilə və yardım protokolu təsdiqlədiyini xatırladaraq deyib...

1460863
Albaniya parlamenti Türkiyə ilə imzalanan müqavilələri təsdiqlədi

 

  Albaniya parlamenti Türkiyə ilə imzalanan maliyyə protokolu və hərbi əməkdaşlıq müqaviləsini təsdiqlədi.

  Albaniya deputatı Elona Cebrea (Elona Gjebrea) parlamentin iclasında səsvermədən əvvəl çıxışında ölkə parlamentinin 1998-ci ildən bəri Türkiyə ilə 26 hərbi müqavilə və yardım protokolu təsdiqlədiyini xatırladaraq deyib: "Ölkəmizin strateji ortağı olan Türkiyə müdafiə və milli təhlükəsizlik proqramına uyğun olaraq hərbi və müxtəlif sahələrdə Albaniyanı daim dəstəkləyib. Bu razılaşma çərçivəsində 2,3 milyon dollar istifadə ediləcək… Son aylar ölkəmizin təsirləndiyi zəlzələ də daxil olmaqla bizi çətin vəziyyətlərdə tək buraxmayan Türkiyəyə təşəkkürümüzü bildirirk. Bu dəstəyin yalnız silahlı qüvvələr deyil, fövqəladə vəziyyətlərə də yardımçı olacağına ümid edirik."

  Qeyd edək ki, sözügedən mövzu ilə bağlı müqavilə tərəflər arasında 24 yanvar 2020 və 24 fevral 2020-ci il tarixlərində imzalanıb.



Әlaqәli Xәbәrlәr