Türkiyə və Rusiyanın Liviya mövzusuna dair açıqlaması

Paytaxt Ankara Rusiyadan gələn nümayəndə heyəti ilə kritik bir mövzuda danışıqlara ev sahibliyi etdi.

1459959
Türkiyə və Rusiyanın Liviya mövzusuna dair açıqlaması

Paytaxt Ankara Rusiyadan gələn bir heyətlə kritik mövzuda danışıqlara ev sahibliyi etdi. 
Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşi və onu müşayiət edən Rusiya nümayəndə heyəti dünən və bu gün Xarici İşlər Nazirliyində danışıqlar aparıblar. 
Rusiya tərəfi Türkiyənin Xarici İşlər nazirinin müavini Sedat Önalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Keçirilən danışıqlara dair verilən birgə bəyanatda bildirilib ki, Liviyada sahədəki vəziyyəti sakitləşdirmək və siyasi bir prosesə zəmin hazırlamaq məqsədilə yanvarın 8-də İstanbulda təşəbbüs başladan Türkiyə və Rusiya Liviyanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyü  ilə BMT şərtinin məqsədləri və əsaslarına güclü şəkildə sadiq olduqlarını bir daha dilə gətirdilər. İki ölkə Liviyadakı böhranın hərbi həll yolu olmadığı və problemin yalnız liviyalıların başçılığında və liviyalıların yiyə durduğu, BMT-nin təqdim edəcəyi həlledici siyasi prosesilə həll yoluna qoyula biləcəyinə inanır. BMT Təhlükəsizlik Şurası tərəfindən müəyyən olunan Liviyadakı terrorçu şəxslərə və quruluşlara qarşı mübarizəni davam etdirməyin zəruriliyi danışıqlarda vurğulandı.
Bəyanatda təhlükəsizlik və sabitliyi təmin etmək və humanitar vəziyyətin yaxşılaşdırılması üçün Liviyada ikitərəfli danışıqların davam etdirilməsi ilə bağlı öhdəlik təkrarlanıb və aşağıdakı mövzularda razılıq əldə olunub:
"Liviyada daimi və davam etdirilə biləcək atəşkəs üçün şərait yaratmaq üçün Liviyada tərəflərin təşviq edilməsi daxil olaqla birgə səylərin davam etdirilməsi, Liviya mövzusunda Berlin Konfransının (19 yanvar 2020) nəticələrinə uyğun olaraq və BMT ilə razılaşdırılaraq liviyalılar arasında dialoqun gücləndirilməsi, təhlükəsiz şəkildə humanitar yardımlara çatılmasına imkan yaradılması və ehtiyacı olan hər kəsə təcili humanitar yardım çatıdırılmasının təmini üçün tərəflərin tədbir görməyə dəvət edilməsi, Liviya mövuzusunda Birgə İşçi Qrupunun yaradılmasının müzakirəsi və sonrakı məsləhətləşmələrin yaxın zamanda Moskvada keçirilməsi".



Әlaqәli Xәbәrlәr