Hulusi Akar qətərli həmkarı ilə görüşüb

Milli Müdafiə naziri Hulusi Akar paytaxt Ankarada səfərdə olan Qətərin Müdafiə naziri Xalid bin Muhammed əl Atiyye ilə görüş keçirib.

1458623
Hulusi Akar qətərli həmkarı ilə görüşüb

Milli Müdafiə naziri Hulusi Akar paytaxt Ankarada səfərdə olan Qətərin Müdafiə naziri Xalid bin Muhammed əl Atiyye ilə görüş keçirib.
Qonaq nazir Muhammed el Atiyyenin Milli Müdafiə Nazirliyində hərbi mərasimlə qarşılanmasından sonra iki nazirin təkbətək görüşü baş tutub. 
Görüşdə regional məsələlər və iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Nazir Akar bir çox sahədə Qətər ilə strateji tərəfdaşlığın davam etdiyini bildirərək, "Liviyadakı qanuni hökumətə və sabit mühit yaranması üçün verilən ciddi mənadakı dəstəyə görə minnətdarıq" deyib.
Qonaq nazirin səfərinin Milli Müdafiə naziri Akarın həftə sonu Qətərə realaşdırdığı səfərin davamı xüsusiyyətində olduğu, mükəmməl səviyyədəki ikitərəfli əlaqələrə sahib Türkiyə ilə Qətərin aktual mövzuları bir daha ətraflı müzakirə etməyə imkan yaratdığı bildirilib.
Qeyd edək ki, Hulusi Akar həftə sonu Qətərdə Əmir Şeyx Tamim Bin Hamad Al Thani tərəfindən qəbul edilmişdi.



Әlaqәli Xәbәrlәr