"Türkiyə Azərbaycanı tək buraxmayacaq", R.T.Ərdoğan

İstanbulda etdiyi çıxışında son günlər Ermənistanın Azərbaycana hücumlarına münasibət bildirən R.T.Ərdoğan deyib

1456997
"Türkiyə Azərbaycanı tək buraxmayacaq", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Azərbaycanı tək buraxmayacaqlarını söylədi.

  İstanbulda etdiyi çıxışında son günlər Ermənistanın Azərbaycana hücumlarına münasibət bildirən R.T.Ərdoğan deyib: “Qardaş Azərbaycanı qəti şəkildə tək buraxmarıq. Dağlıq Qarabağ işğal altındadır. Minsk üçlüyü təxminən 25-30 ildir bu işi masada qoyub."

  Türkiyə prezidenti Ayasofyanın ibadətə açılmasına da toxunub: "Xaricdən gələn reaksiyaların heç biri bizi maraqlandırmır. Ayasofya bizim daxili məsələmizdir. Heç kim bura hər hansı müdaxilə edə bilməz."

  Liviya mövzusu ilə bağlı isə Rəcəb Tayyib Ərdoğan bunları söyləyib: "Bu zamana qədər Liviyada hansı məsuliyyəti üzərimizə götürdüksə, bundan sonra da eyni şəkildə davam edəcəyik. Liviyalı qardaşlarımızı tək buraxmayacağıq. Bizim Liviya ilə olan əlaqələrimiz 500 ili keçən əlaqələrdir."



Әlaqәli Xәbәrlәr