“Pegasus”, Rusiya da daxil olmaqla, daha 17 xarici ölkəyə uçuşlara başlayır

“Pegasus”dan edilən şərhdə bildirilir

1457094
“Pegasus”, Rusiya da daxil olmaqla, daha 17 xarici ölkəyə uçuşlara başlayır

 

  “Pegasus” Hava Yolları avqust ayından, Rusiya da daxil olmaqla, daha 17 xarici ölkəyə uçuşlara başlayacağını açıqladı.  

  “Pegasus”dan edilən şərhdə bildirilir: “11 iyundan xarici uçuşlarına təkrar başlayan şirkət avqust ayından mərhələli olaraq xarici ölkələrə səfərlər reallaşdıracaq. 1 avqustdan Gürcüstanda Tiflisə, İranda Tehrana, İraqda Bağdad və Ərbilə, Qətərdə Dohaya, Qırğızıstanda Bişkekə, Misirdə Hurqada və Şarm əl-Şeyxə, Rusiyada Moskva, Krasnodar, Qroznı və Mineralnıye Vodı ilə Küveytə uçuşlara başlayacaq. 2 avqustdan isə “Pegasus”un İsveçrədə Cenevreyə, Almaniyada Hannoverə, 10 avqustdan isə Mərakeşin Kazablanka şəhərlərinə uçuşları olacaq.

  15 avqustdan açılması planlaşdırılan xəttlər isə Çexiyanın Praqa, Fransanın Marsilya, İtaliyanın Roma, İspaniyanın Barselona və Madrid, Macarıstanın Budapeşt, Rumıniyanın Buxarest, Səudiyyə Ərəbistanının Cidde və Riyad şəhərləridir".



Әlaqәli Xәbәrlәr