Türkiyədə 15 İyul Demokratiya və Milli Birlik Günü ilə əlaqədar rəsmi mərasimlər

Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan 2016-cı il İyul hadisələrində şəhid olanların ailə üzvləri və qazilərlə birlikdə 15 Temmuz abidəsi önünə tər çiçəklər düzüb

1455588
Türkiyədə 15 İyul Demokratiya və Milli Birlik Günü ilə əlaqədar rəsmi mərasimlər
erdogan 15 temmuz.jpg

 

  Türkiyədə 15 İyul Demokratiya və Milli Birlik Günü ilə əlaqədar rəsmi mərasimlər keçirilir.

  Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan 2016-cı il İyul hadisələrində şəhid olanların ailə üzvləri və qazilərlə birlikdə 15 Temmuz abidəsi önünə tər çiçəklər düzüb.

  İkinci protokol tədbiri Türkiyə Böyük Millət Məclisində təşkil olunub. Türkiyə parlamentinin sədri Mustafa Şentop məlum hadisələrin acısından və Türkiyə xalqının göstərdiyi qəhrəmanlığın dövlətçilik tarixindəki rolundan danışıb. Mərasimdə çıxış edən prezident R.T.Ərdoğan məlum hadisələrlə bağlı fikir və düşüncələrini bölüşüb. Dövlət çevrilişinə cəhd edən terror təşkilatını kəskin ifadələrlə ittiham edən dövlət başçısı deyib ki, bəzən bir qəhrəman qocaman bir millətin taleyini dəyişir. 15 iyul ölkəmizin dörd bir tərəfindən milyonlarla qəhrəman ortaya çıxarıb və onlar bütün millətin gələcəyinə möhür basıblar.

  Qeyd edək ki, FETÖ terror təşkilatı 2016-cı il iyulun 15-də dövlət çevrilişinə hərbi cəhd göstərib. Nəticədə 251 qəhrəman türkiyəli şəhid olub, 2 min 194 nəfər yaralanıb. Bu çevriliş cəhdi nəticəsində Türkiyə dövlətinə və xalqına böyük həcmdə maddi və mənəvi zərər vurulub. Qəhrəman Türkiyə xalqı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək dövlətçiliyini əzmlə qoruyub.

  Azərbaycan xalqı və dövləti hər zaman olduğu kimi, 15 iyul hadisələrində də Türkiyənin yanında olub, öz dəstəyini əsirgəməyib. Baş verən faciəli, lakin şərəfli hadisələrin dördüncü ildönümündə Türkiyə dövlətinin və millətinin sərgilədiyi qətiyyətli mövqe bir daha deməyə əsas verir ki, bu xalq həm tarix yaratmaq, həm də onu qorumaq üçün zəngin ənənələrə malikdir.



Әlaqәli Xәbәrlәr