Türkiyә vә Rusiya prezidentlәri arasında telefon danışığı olub
Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Kommunikasiya İdarәsindәn verilәn mәlumata görә, görüşdә iqtisadiyyat başda olmaqla, iki ölkә arasındakı münasibәtlәrin inkişaf etdirilmәsi üçün atılan addımlar, yeni növ koronavirus epidemiyasına qarşı aparılan mübarizәdә әmәkdaşlıq, Liviya vә Suriyadakı proseslәr ilә regional mәsәlәlәr müzakirә olunub.
Әrdoğan vә Putin iki ölkә arasındakı әlaqәlәrin güclәndirilmәsi ilә yanaşı, regional sülh, tәhlükәsizlik vә sabitlik üçün birgә hәrәkәt etmәk mәsәlәlәrindә razılıq әldә ediblәr.
Әlaqәli Xәbәrlәr
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq
“Türkiyə gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək üçün çalışır”, R.T.Ərdoğan
“Ətraf mühitin qorunması üçün qəti addımlar davam etdiriləcək”, - deyə Ərdoğan əmin edib