Türkiyә ‘‘Covid-19’’la mübarizә çәrçivәsindә Serbiyaya tibbi lәvazimat göndәrib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın göstәrişi ilә koronavirusla mübarizә çәrçivәsindә Serbiyaya tibbi maska, süni tәnәffüs aparatı, xüsusi geyim vә tibbi eynәk göndәrilib.

1448805
Türkiyә ‘‘Covid-19’’la mübarizә çәrçivәsindә Serbiyaya tibbi lәvazimat göndәrib

 

Türkiyә yeni növ koronavirusla mübarizә çәrçivәsindә Serbiyaya tibbi lәvazimat göndәrib.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın göstәrişi ilә koronavirusla mübarizә çәrçivәsindә Serbiyaya  tibbi maska, süni tәnәffüs aparatı, xüsusi geyim vә tibbi eynәk göndәrilib.

Sәhiyyә Nazirliyi tәrәfindәn hazırlanan tibbi lәvazimat Türkiyә Silahlı Qüvvәlәrinә mәxsus A400M tipli tәyyarәsinә yüklәnib.

Başda Novi Pazar olmaqla Serbiyadakı vәziyyәtin pislәşmәsi ilә Bosniya vә Herseqovina Milli Şurasının sәdri Jasmina Kurik Türkiyә prezidentinә mәktub ünvanlayaraq yardım istәyib. Türkiyә bu çәrçivәsindә Serbiyanın Sancak bölgәsinә yardım әlini uzadıb.

Türkiyә yeni növ koronavirusa qarşı aparılan mübarizәyә dәstәk vermәk mәqsәdilә arasında Serbiyanın da olduğu 5 Balkan ölkәsinә president Rәcәb Tayyib Әrdoğanın göstәrişi ilә 2020-ci ilin 8 aprel tarixindә tibbi lәvazimat göndәrmişdi.



Әlaqәli Xәbәrlәr