"Almaniya Türkiyəyə səyahət məhdudiyyətini bir daha nəzərdən keçirməlidir", M.Çavuşoğlu

Çavuşoğlu almaniyalı həmkarı ilə turizm əlaqələrilə yeni növ koronavirus (Covid-19) epidemiyasına dair məlumatları müzakirə etdiklərini vurğulayıb.

1447670
"Almaniya Türkiyəyə səyahət məhdudiyyətini bir daha nəzərdən keçirməlidir", M.Çavuşoğlu

Almaniya Türkiyəyə səyahət məhdudiyyətini bir daha nəzərdən keçirməlidir.
Bunu Almaniyada səfərdə olan xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Hayko Maasla birgə mətbuat konfransında bildirib.
Çavuşoğlu həmkarı ilə turizm əlaqələrilə yeni növ koronavirus (Covid-19) epidemiyasına dair məlumatları müzakirə etdiklərini vurğulayıb.
Nazir Çavuşoğlu Türkiyənin etibarlı və sağlam bir mühitdə Almaniyadan və digər ölkələrdən gələcək qonaqları qəbul etməyə hazır olduğunu və bütün lazımi tədbirləri gördüyünü vurğulayaraq, bütün təsislərin, hava limanlarının və digər bütün proseslərin Almaniya firmaları tərəfindən sertifikat edildiyini və nəzarətin də onlar tərəfindən yerinə yetiriləcəyini söyləyib.
Çavuşoğlu "Əhəmiyyətli olan Almaniyanın bu səyahət xəbərdarlığını yenidən nəzərdən keçirməsidir. Obyektiv məlumatlar çərçivəsində nəzərdən keçirməlidir. Bütün bu səyahət xəbərdarlığına baxmayaraq, almanlar Antalyaya gəlirmi? Bəli, gəlirlər. Bunun səbəbi nədir, Türkiyəni etibarlı görürlər" ifadəsini işlədib.
Avropa İttifaqının səyahət məhdudiyyətlərini qaldırdığını, amma içərisində Türkiyənin oldmadığı ölkələr siyahısına da toxunan Çavuşoğlu siyasi səbəblərə görə hazırlanan siyahının əslində obyektiv meyarlarla müəyyən edilməsinin vacibliyini vurğulayıb.
Türkiyənin şəffaf və aktual məlumatları hər kəslə bölüşdüyünü vurğulayan Çavuşoğlu "Hamımız üçün ən əhəmiyyətli şey xalqımızın sağlamlığıdır. Bizim üçün Türkiyə vətəndayı ilə Almaniya vətəndaşının ya da başqa bir ölkə vətəndaşı arasında fərq ola bilməz" deyib.

Almaniyanın xarici işlər naziri Hayko Maas "Covid-19" pandemiyası ilə əlaqədar tədbirlər haqqında "Bu gün də (Türkiyə tərəfindən) bir çox məlumat və nəticə əldə etdik.  Bunlar həm Səhiyyə, həm də Daxili İşlər Nazirliyinə təqdim ediləcək. Türkiyə ilə məlumat paylaşılması işi də davam etdiriləcək.
Həmkarı Çavuşoğlu ilə Şərqi Aralıq dənizi, Orta Şərq və miqrasiya problemləri kimi bir çox məsələni müzakirə etdiklərini ifadə edən Maas "Aİ üçün Türkiyə hər zaman çox əhəmiyyətli tərəf müqabildir" deyib.
Maas Almaniyanın Aİ növbəti sədrliyini təhvil alan Almaniyanın Türkiyə ilə gələcək aylarda da əməkdaşlığı və icraedici dialoqu Aİ daxilində davam etdirməyi istədiyini bildirib. 
Maas Suriyada siyasi həll yolunun vacib olduğunu vurğulayaraq, "Bu müharibə daimi bir şəkildə siyasi həll yolu ilə başa çatdırıla bilər. Türkiyə bu məsələdə əhəmiyyətli rol oynayır" deyib.
Liviyada da atəşkəs mövzusunda irəliləyişin olmasının vacibliyini dilə gətirən Maas prinsip olaraq bu mövzularda Türkiyə ilə razılıq içərisində olduqlarını vurğulayıb.



Әlaqәli Xәbәrlәr