Türkiyә ‘‘Covid-19’’la mübarizә çәrçivәsindә bu ölkәyә dә tibbi lәvazimat göndәrdi

Türkiyә yeni növ koronavirusla mübarizә çәrçivәsindә İraqa tibbi lәvazimat göndәrib.

1446956
Türkiyә ‘‘Covid-19’’la mübarizә çәrçivәsindә bu ölkәyә dә tibbi lәvazimat göndәrdi

 

Türkiyә yeni növ koronavirusla mübarizә çәrçivәsindә İraqa tibbi lәvazimat göndәrib.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın göstәrişi ilә koronavirusla mübarizә çәrçivәsindә İraqa tibbi maska, süni tәnәffüs aparatı, xüsusi geyim vә tibbi eynәk göndәrilib.

Sәhiyyә Nazirliyi tәrәfindәn hazırlanan tibbi lәvazimat Türkiyә Silahlı Qüvvәlәrinә mәxsus A400M tipli tәyyarәsinә yüklәnib.

Göndәrilәn bağlamalarının üzәrindә Mövlananın “Ümidsizlikdən sonra necə ümidlər var. Qaranlıqdan sonra necə günəşlər var” sözləri yer alıb.

İraq Türkmәn Cәbhәsinin sәdri vә Kәrkük üzrә millәt vәkili Erşat Salihi prezident Әrdoğanın göstәrişi ilә İraqa göndәrilәn tibbi lәvazimata görә Türkiyәyә tәşәkkür edib.



Әlaqәli Xәbәrlәr