Türkiyə Aİ-nin səyahət məhdudiyyətlərinə dair qərarının düzəldilməsini gözləyir

Türkiyə Avropa İttifaqının (Aİ) səyahət məhdudiyyətlərinə dair qərarın düzəldilməsini gözləyir.

1446808
Türkiyə  Aİ-nin səyahət məhdudiyyətlərinə dair qərarının düzəldilməsini gözləyir

Türkiyə Avropa İttifaqının (Aİ) səyahət məhdudiyyətlərinə dair qərarın düzəldilməsini gözləyir.
Xarici İşlər Nazirliyi sözçüsü Hami Aksoy mövzuya dair bir suala cavabında deyib:
"Aİ-nin vacib olmayan səyahətlərlə  ilə əlaqədar məhdudiyyətin bu gündən ləğv olunması üçün aldığı qərardakı siyahıda Türkiyənin yer almamasından məyusluq duyduq, bunun düzəldilməsini gözləyirik". 
Türkiyənin yeni növ koronavirus (Covid-19) epidemiyası ilə mübarizə tədbirləri çərçivəsində gördüyü işlər və əldə etdiyi müvəffəqiyyətin məlum olduğunu vurğulayan Aksoy "Ümumdünya Səhiyyə Təşkilatı və beynəlxalq ictimaiyyət tərəfindən nümunə olan bu uğur nəzərə alınmalı və qərar obyektiv meyarlar əsasında qəbul edilməli idi" deyib. 
Aksoy Türkiyənin pandemiya müddətində beynəlxalq ictimaiyyətlə nümunə həmrəylik ortaya qoyduğunu bildirərək bunları deyib:
Türkiyə infeksiya çərçivəsində Avropa qurumları ilə dəqiq və şəffaf məlumat mübadiləsi və əməkdaşlığı davam etdirəcək. Vətəndaşlarımıza yönəldilmiş səyahət məhdudiyyəti mövzusunda edilən səhvin yaxın zamanda 
 düzəldilməsini gözləyirik".
Qeyd edəki ki, Avropa İttifaqı (Aİ) Şurası iyul ayının 1-dən vətəndaşları üçün sərhədlərini açacağı ölkələrin siyahısını razılaşdırıb.
Həmin ölkələr Avstraliya, Cənubi Koreya, Əlcəzair, Gürcüstan, Kanada, Mərakeş, Monteneqro, Ruanda, Serbiya, Tailand, Tunis, Uruqvay, Yaponiya, Yeni Zelandiyadır. Həmçinin bildirilib ki, qarşılıqlı şəkildə olacaqsa, Çinlə də sərhədlər açıla bilər.
Türkiyə, ABŞ, Rusiya, Braziliya, Hindistan kimi ölkələrə isə Aİ ölkələrinin səyahət məhdudiyyətləri davam edir.



Әlaqәli Xәbәrlәr