"Türkiyə 2020-ci ili iqtisadi cəhətdən yüksəlişlə başa vuracaq", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin 2020-ci ili iqtisadi cəhətdən hər kəsi heyrətləndirəcək bir yüksəlişlə başa vuracağını bildirib.

1446966

Ərdoğan Ədalət və İnkişaf Partiyası (AK Partiya) Genişləndirilmiş Vilayət Başçılarının iclasında ölkənin iqtisadi tərəqqisinə dair, “İyun ayı ilə bağlı ilkin məlumatlar ümidvericidir. İyul ayı da daxil olmaqla daha böyük irəliləyişə nail olacağımıza şübhə etmirik” deyə vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan, “Avropa başda olmaqla, bütün dünyada itki kimi qəbul edilən 2020-ci ili inşallah hər kəsi təəccübləndirəcək bir inkişaf tempi ilə başa vuracağıq” ifadəsini səsləndirib.

Әlaqәli Xәbәrlәr