"Xalqdan ölkəyə yiyə durmasını və bizi dəstəkləməsini gözləyirik", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan xalqdan yeganə istəklərinin ölkəyə yiyə durmaq və dəstəkləmək olduğunu söyləyib.

1445657
"Xalqdan ölkəyə yiyə durmasını və bizi dəstəkləməsini gözləyirik", R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan xalqdan yeganə istəklərinin ölkəyə yiyə durmaq və dəstəkləmək olduğunu söyləyib.
Prezident Ərdoğan kabinet iclasından sonra verdiyi bəyanatda Türkiyənin xüsusilə yeni addımlar atdığı dövrlərdə hücumlara məruz qaldığını ifadə edərək deyib:
"Xalqdan bu prosesdə qaydalara əməl etməsini, işlərinə, istehsal fəaliyyətlərinə, ölkəyə yiyə duraraq bizə dəstək olmasını istəyirik. Daxildə və xaricdə Türkiyənin pandemiyadan sonra yenidən formalaşacaq dünyanın ulduz ölkələrindən biri olacağı barədə ictami rəy yaranıb".

Yeni növ koronavirusla mübarizə məsələsinə də toxunan Ərdoğan ölüm və yoluxmanın sayını sıfıra endirməyi hədəflədiklərini vurğulayıb.
Epidemiya ilə ən uğurlu mübarizə aparan ölkələrdən biri olaraq əldə edilən müsbət nəticələrin ciddi şəkildə qorunacağını söyləyən prezident iqtisadi göstəricilərdə iyun ayında böyük bir sıçrayış olduğunu və ölkədən kənarda da Türkiyə məhsullarına tələbatın artdığını bildirib.



Әlaqәli Xәbәrlәr