ABŞ-ın Terrorizm 2019 Ölkələr Hesabatında Türkiyə

Hesabatın Fətullahçı Terror Təşkilatına (FETÖ) toxunulan qismində isə ...

1442755
ABŞ-ın Terrorizm 2019 Ölkələr Hesabatında Türkiyə

 

  Amerika Birləşmiş Ştatlarının Terrorizm 2019 Ölkələr Hesabatında "Türkiyə  YPG-ni PKK-nın uzantısı kimi görür" ibarəsi diqqət çəkib.

  Hesabatın Türkiyə hissəsində ölkənin daxildə bölücü terror təşkilatı PKK, sərhədlərindən kənarda isə DAEŞ-ə qarşı mübarizədə aktiv rol oynadığı qeyd edilir. Son 2 hesabatda yazılmayan "Türkiyə Suriyadakı YPG-ni PKK-nın uzantısı olaraq görür" ibarəsi bu dəfə diqqət çəkib.

  Hesabatın Fətullahçı Terror Təşkilatına (FETÖ) toxunulan qismində isə Türkiyənin FETÖ-nü "terror təşkilatı" olaraq təyin etdiyi və bununla əlaqədar ölkə içi və xaricində həbslər reallaşdırdığı yazılsa da, təşkilatın ABŞ-ın terror təşkilatları siyahısında olmadığı bildirilib. Keçən ilki hesabatda FETÖ başçısı Fətullah Gülən üçün "sürgündə olan din adamı" yazılsa da, bu il bu ifadədən “din adamı” sözləri götürülüb.



Әlaqәli Xәbәrlәr