Türkiyədə virusdan can itkisi və yoluxma sayı (24 iyun)

24 iyuna olan məlumat

1442597
Türkiyədə virusdan can itkisi və yoluxma sayı (24 iyun)

 

  Türkiyənin yeni tip korona virusu (Covid-19) ilə mübarizəsində son 24 saatda 24 can itkisi qeydə alınıb. Bununla epidemiya başlanandan bu yana həyatını itirənlərin sayı 5025 olub.

  Bir gündə 53 min 486 test edilərək 1492 yeni diaqnoz qoyulub. 

  Xəstəxanadan buraxılan 1386 adamla yaxşılaşanların sayı 164 min 234-ə yüksəlib. 

  Qeyd edək ki, Türkiyə Elmi Səhiyyə Qrupu ilə yığıncaqdan sonra məlumat verən səhiyyə naziri Fəxrəddin Koca yay aylarıyla virusun yayılma sürətində azalma və xəstələnməmə mövzusunda elmi dəlil olmadığı üçün "Maska və sosial məsafə tədbirlərini əldən buraxmamaq borcumuzdur" deyə vurğulayıb. 



Әlaqәli Xәbәrlәr