“Dersim Çektar” və ”Çektar Canfeda” ləqəbli terrorçular tutuldu

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb

1441678
“Dersim Çektar” və ”Çektar Canfeda” ləqəbli terrorçular tutuldu

 

  Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Bitlis vilayətinin Tatvan rayonunda keçirdikləri antiterror əməliyyatı zamanı axtarışda olan iki terrorçunu məhv ediblər. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

  “Dersim Çektar” ləqəbli terrorçu Recep Yaşarın və ”Çektar Canfeda” ləqəbli Abdulkahar Çobanın hər birinin ələ keçirilməsi üçün 500 min türk lirəsi (təxminən 71 min ABŞ dolları) məbləğində mükafat vəd edilmişdi. Hər iki şəxs ağır terror hadisələrinin törədilməsində ittiham olunurlar.



Әlaqәli Xәbәrlәr