Türkiyә ‘‘Pәncә-Qaplan’’ әmәliyyatına start verib

Bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyi bәyanat yayıb.

1437369
Türkiyә ‘‘Pәncә-Qaplan’’ әmәliyyatına start verib

İraqın şimalında terrorçulara qarşı ‘‘Pәncә-Qaplan’’ әmәliyyatına start verilib.

Bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyi bәyanat  yayıb.

Bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Pәncә-Qaplan  әmәliyyatına start verilib. Qәhraman hәrbçilәrimiz Haftanindәdirlәr.  Hәrbi Hava Qüvvәlәri, qırıcılar, pilotsuz uçuş aparatları vә silahlı pilotsuz uçuş aparatları ilә dәstәklәnәn hәrbçilәrimiz bölgәyә çatıb''.

Qeyd edәk ki, ‘‘Pәncә-Qaplan’’ әmәliyyatı İraqın şimalında olan vә illәrdir Türkiyә üçün tәhdit tәşkil edәn terror tәşkilatı PKK-ya qarşı hәyata keçirilir.

‘‘Pәncә-Qartal’’ әmәliyyatından sonra hәyata keçirilәn ‘‘Pәncә-Qaplan’’ әmәliyyat çәrçivәsindә hәrbçilәr Haftanindә terrorçuların yuvalarını mәhv etmәyә başladı. Әmәliyyatın detalları isә diqqәt çәkdi. Әmәliyyat çәrçivәsindә ilk olaraq hәrәkatın keçirildiyi bölgәyә ağır zәrbәlәr endirilib.İndiyәdәk 150-dәn çox hәdәf mәhv edilib.



Әlaqәli Xәbәrlәr