Türkiyə heyəti Liviyaya sürpriz səfər etdi

Türkiyə rəsmi heyəti müxtəlif danışıqlar aparmaq üçün Liviyanın paytaxtı Trablusa gedib

1438004
Türkiyə heyəti Liviyaya sürpriz səfər etdi

 

  Türkiyə rəsmi heyəti müxtəlif danışıqlar aparmaq üçün Liviyanın paytaxtı Trablusa gedib.

  Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Berat Albayrak, Prezident Aparatı sözçüsü İbrahim Kalın, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi Hakan Fidan və başqa diplomatlar bərabər heyət olaraq Trablusda görüşlər keçiriblər.

  Sürpriz səfər zamanı Türkiyə heyəti Trablusda Liviyanın baş naziri Fayiz əs-Sərracla görüşüb.



Әlaqәli Xәbәrlәr