"Yunanıstan Türkiyə kimi böyük bir dövlətlə necə danışılacağını öyrənmlədir", Ö. Çelik

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Yunanıstan səlahiyyətlilərin Türkiyə kimi böyük bir dövlətlə necə danışmağı öyrənməli olduğunu söyləyib

1436607
"Yunanıstan Türkiyə kimi böyük bir dövlətlə necə danışılacağını öyrənmlədir", Ö. Çelik

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Yunanıstan səlahiyyətlilərin Türkiyə kimi böyük bir dövlətlə necə danışmağı öyrənməli olduğunu söyləyib.
Ömer Çelik Partiyasının iyunun 15-də Mərkəzi Qərar İcra heyəti iclasının gündəmini qiymətləndirirkən Şərqi Aralıq və Egey dənizindəki vəziyyətlə əlaqədar Yunanıstan və Cənubi Kıbrıs Rum İcmasının münasibətlərini tənqid edərək deyib:
"Egeydə və Şərqi Aralıq dənizində sülhə dair zəmanətimizi açıq şəkildə nümayiş etdirərkən Yunanıstanın və ya Cənubi Kıbrısın davamlı təxribatını uşaq xəstəlikləri olaraq görürük. Yunanıstanda bir nazir ölkəsinin daxili siyasətinə yönəldilmiş (Türkiyə ilə) müharibədən (Türkiyəyə qarşı) hərbi təlimdən danışır. Yunanıstanın müdafiə naziri və ya başqaları ağlabatan bir dildə danışmağı öyrənməlidir. Türkiyə kimi böyük bir dövlətlə necə danışmağı öyrənməlidir. Biz buna ciddi yanaşmalı olsaq və eyni şəkildə cavab versək ciddi gərginliyə səbəb olar".



Әlaqәli Xәbәrlәr