Türkiyə Silahlı Qüvvələrinin sərhəddən kənardakı terror yuvalarına növbəti zərbəsi

Türkiyə Silahlı Qüvvələri sərhəddən kənardakı terror yuvalarına növbəti zərbəsi  Milli Müdafiə Nazirliyi "Pəncə-qartal" əməliyyatının başlandığını açıqlayıb.

1435965
Türkiyə Silahlı Qüvvələrinin sərhəddən kənardakı terror yuvalarına növbəti zərbəsi

Türkiyə Silahlı Qüvvələri sərhəddən kənardakı terror yuvalarına növbəti zərbəsi 
Milli Müdafiə Nazirliyi "Pəncə-Qartal" əməliyyatının başlandığını açıqlayıb.
Nazirliyin "Təyyarələrimiz terrorçuların yuvalarını başlarına yıxır" ifadəsinin yer aldığı açıqlamasında "İraqın şimalındakı terrorçular tərəfindən baza olaraq istifadə edilən Sincar, Karacak, Kandil, Zap, Avaşin Basyan və Hakurka hava əməliyyatları aparılır" deyilərək beynəlxalq hüquqdan qaynaqlanan özünümüdafiə hüququna diqqət çəkilib.

Türkiyənin Milli Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat verib.

Məlumatda bildirilib ki, əməliyyat zamanı ölkəmizə, millətimizə və sərhədlərimizə təhlükə yaradan 81 terror obyekti məhv edilib. Buraya sığınacaqlar, yeraltı gizli məkanlar və mağaralar daxildir. Təyyarələr uğurlu şəkildə bazaya geri qayıdıb.

Milli müdafiə naziri Hulusi Akar da əməliyyatda iştirak edən əsgərləri təbrik edib və sonuncu terrorçu zərərsizləşdirilənə qədər mübarizənin davam edəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr