Türkiyə ilə İran arasında uçuşların bərpa olunması planlaşdırıldı

Xarici işlər naziri Mövlud Çavuşoğlu avqust ayının 1-dən etibarən Türkiyə ilə İran arasında uçuşların bərpa olunmasını planlaşdırdıqlarını söyləyib.

1436351

Mövlud Çavuşoğlu İstanbulda səfərdə olan İranın xarici işlər naziri Cavad Zəriflə görüşündən sonra keçirilən mətbuat konfransında deyib:
"Avqust ayının 1-dən etibarən Türkiyə ilə İran arasında uçuşların bərpa olunmasını planlaşdırırıq". 
Çıxışı zamanı bölgədəki qeyri-sabitliyə toxunan Çavuşoğlu "Terror hamımızın problemidir. ABŞ tərəfindən İrana qarşı birtərəfli sanksiyaların əleyhinəyik. Liviya mövzunda isə Rusiya ilə danışıqlarda heç bir problem yoxdur. Atəşkəsin daimi olması üçün texniki görüş davam edəcək.” deyib.
İranın xarici işlən naziri Cavud Zərif isə, "Yeni növ koronavirus (Covid-19) epidemiyasında İran xalqına verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edirəm. Türkiyə ABŞ-ın embarqosuna qarşı bizim tərəfimizdə oldu. İran və Türkiyənin Liviya məsələsinə yanaşması isə eynidir" deyə bildirib.

Әlaqәli Xәbәrlәr